Kompressor nədir?

Evaporatordan gələn aşağı təzyiqli agent buxarını sıxaraq yüksək təzyiq və temperatura çıxaran, dövrü işlədən və elektrikin böyük hissəsini istehlak edən maşın.

Mövzu

  • Komponentlər
  • Digər adlarıcompressor, soyutma kompressoru
← Bütün terminlər

Kompressor soyutma sisteminin ürəyidir: agenti sorur, sıxır və kondenserə vurur. Sıxılma sayəsində agent kameradan aldığı istiliyi daha isti olan xarici havaya verə bilən hala gəlir. Sistemin elektrik istehlakının 80–90%-i kompressora düşür; səmərə, səs-küy və ömür böyük ölçüdə kompressor seçimindən asılıdır.

Quruluşuna görə hermetik (qapalı, təmir olunmaz, kiçik güclər), yarımhermetik (boltlu gövdə, bakımı mümkün, orta–böyük güclər) və açıq tipli (mühərrik ayrı, ammonyak sistemləri) kompressorlar var. Sıxma mexanizminə görə pistonlu, scroll (spiral), vintli və rotor tipləri mövcuddur; hər birinin güc aralığı və uyğun olduğu temperatur zonası fərqlidir.

Seçimdə üç şeyə baxılır: lazım olan güc, buxarlanma temperaturu (kamera temperaturuna görə yüksək / orta / aşağı temperatur tətbiqi) və agent. Eyni kompressor 0 °C kamerada verdiyi gücün yarısını −25 °C kamerada verir; buna görə dondurulmuş anbarlar üçün aşağı temperatur seriyası, bəzən ikipilləli və ya ekonomayzerli kompressor seçilir.

Kompressorun sağlam işləməsi üçün sormaya maye gəlməməsi (qızma), yağın geri qayıtması, yüksək və aşağı təzyiq hədlərinin pressostatla qorunması və tez-tez dayanıb-işləməməsi lazımdır. Sonkar soyutma qruplarında Bitzer, Copeland, Frascold, Tecumseh kimi markaların kompressorları işlədilir; kataloqda hər qrup üçün kompressor növü və güc verilir.