Bugünkü agentlərin çoxu ikidən dördə qədər komponentin qarışığıdır. Komponentlərin qaynama nöqtələri fərqli olduğundan qarışıq sabit təzyiqdə tək temperaturda deyil, temperatur aralığında buxarlanır: evaporatora girən maye daha aşağı temperaturda qaynamağa başlayır, çıxışa doğru temperatur yüksəlir. Bu davranışa zeotrop deyilir və R400 seriyası ilə adlandırılır (R404A, R407C, R449A, R454C). Sürüşmənin böyüklüyü (glide) R404A-da 0,7 K, R449A-da 4,5 K, R407C-də 7 K-dir.
Azeotrop qarışıqlar (R500 seriyası: R507A, R513A) müəyyən nisbətdə birləşdikdə təmiz maddə kimi davranır; sürüşmə sıfıra yaxındır, ölçmə və doldurma asandır. R507A R404A-ya çox yaxın, amma azeotrop alternativdir.
Praktik nəticələr: zeotrop agentlər maye halında doldurulur (balon tərs), əks halda komponentlər fərqli nisbətdə buxarlanır və qarışıq pozulur; sızmada da tərkib dəyişə bilər, böyük sızmalarda agentin hamısı dəyişdirilir. Qızma dew, həddindən artıq soyutma bubble nöqtəsindən hesablanır. Soyuducu agent P–T cədvəlimiz zeotrop agentlər üçün hər iki nöqtəni ayrı sütunlarda göstərir.
