Qanadlı borulu istilik mübadiləcilərində borulara düzülmüş nazik alüminium qanadlar (lamellər) istilik ötürmə səthini böyüdür. Aralarındakı məsafə lamel addımıdır. Sıx lamel (3–4 mm) eyni həcmdə daha çox səth və daha çox güc verir; seyrək lamel (6–12 mm) daha az səth, amma daha çox buz tutma payı və daha asan hava keçidi təmin edir.
Seçim kamera temperaturuna görə aparılır. 0 °C-dən yuxarı kameralarda (meyvə–tərəvəz, kolbasa məmulatları, süd) evaporator səthində su kondensasiya olur, amma buzlanma azdır; 4 mm lamel işlədilir. 0 °C ilə −20 °C arasındaki kameralarda buz yaranır, defrostlar arasında qanadların tıxanmaması üçün 6 mm; şok dondurma və −30 °C kameralarında sıx qırov və yüksək hava sərfi üçün 8–12 mm lamel seçilir. Səhv (sıx) lamelli evaporator dondurulmuş kamerada bir neçə saatda buz tutub gücünü itirir.
Kondenserlərdə lamel addımı 2–2,5 mm-dir; buzlanma olmadığı üçün sıxlıq güc qazandırır, amma toz və pambıq tıxanmasına qarşı müntəzəm təmizlik tələb edir. Kataloqumuzda evaporator modelləri lamel addımına görə seriyalara bölünmüşdür; eyni gövdənin 4, 6 və 8 mm versiyaları fərqli güc verir.
